Modern.az

“Azərişıq”dan  hava şəraiti ilə bağlı AÇIQLAMA

“Azərişıq”dan  hava şəraiti ilə bağlı AÇIQLAMA

30 Mart 2018, 10:14

Hava şəritinin kəskin dəyişilməsini nəzərə alaraq 30-31mart  tarixlərində  İstehlakçıların  fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması , habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə  “Azərişıq” ASC-də  qabaqlayıcı və zəruri tədbirlər görülüb.

 

Bu barədə Modern.az-a “Azərişıq”ın mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik  üzərində nəzarət  gücləndirilib. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək  zəruri olan mal-materialların ehtiyatı yaradılıb.

Hazırda ölkə boyu  İstehlakçılar  fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemləri yaranarsa İstehlakçılardan 199  “Çağrı mərkəzi”nə zəng etmələri xahiş olunur . 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?