Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd ibn Salman Əl Saud İranla hərbi toqquşmanın baş verə biləcəyini deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə Salman regionda baş verən proseslərdə dəyişiklik olmazsa, Tehranla Ər-Riyadın hərbi münaqişəyə daxil olacağı barədə xəbərdarlıq edib.
“Biz hərbi münaqişədən qaçmalıyıq. Əgər biz bunu edə bilməsək, yaxın 10-15 ildə İranla müharibə başlayacaq”.
Şahzadə hadisələrinin bu ssenari üzrə inkişaf etməməsi üçün beynəlxalq aləmin səylərini əsirgəməməli olduğunu əlavə edib.