Modern.az

Lerikdə qızıl mağazasının sahibini soyublar

Lerikdə qızıl mağazasının sahibini soyublar

Təhsil

5 Avqust 2011, 13:14

Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun 4-də saat 17.00 radələrində Lerik rayonunun Xəlifəküçə kəndi ərazisində, "VAZ-2106" markalı avtomaşında olan 3 naməlum şəxs, Lerik şəhərindəki qızıl mağazasının sahibi Məhləband kənd sakini Nazim Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşını saxlayıb, tapança və bıçaqla onu hədələyərək, avtomaşındakı 10.000 manat dəyərində qızıl əşyalarını, 600 manatını və mobil telefonunu ondan alıb, hadisə yerindən uzaqlaşıblar.  
Lakin uzağa gedə bilməyiblər. Onlar Lənkəran-Lerik yolunun 25-ci km-də avtomaşınlarını maneəyə vurduqlarından, düşməli olublar.
Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş  Bakı şəhər sakinləri Orxan Qasımov, Amil Quliyev və Asim Cəfərov tutulub, onlardan silah qisimində istifadə etdikləri bıçaq və oyuncaq tapança götürülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım