Modern.az

Danimarkadakı “Vətən” Cəmiyyəti soyqırımının 100 illiyinə hazırlaşıb

Danimarkadakı “Vətən” Cəmiyyəti soyqırımının 100 illiyinə hazırlaşıb

30 Mart 2018, 16:49

Sabah erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının 100-cü  ili tamam olur. Məlumdur ki, prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident Administrasiyası tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin etməlidir. Bundan başqa, Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Bəs xarici ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatları 100 illiyə necə hazırlaşır?

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi Modern.az saytına  azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı görüləcək işlərdən danışıb:

“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar  danimarkılılar və şəhərin qonaqlarını məlumatlandırmaq üçün  xəbər tipli informasiyaların qəzetdə yayımlanmasını təmin edəcəyik. Bu qəzet Danimarkada iki dildə - türk və Danimarka dilində çap olunur”.

S.Sadiqi qeyd edib ki, hazırda Danimarkada " Poska " bayramı olduğundan çox yerlər fəaliyyət göstərmir və bağlıdır:

“Bu baxımdan yer kirayəsi problemdir. Ona görə də təəssüf ki, soyqırımının 100 illiyi ilə bağlı Danimarkada tədbir keçirmək imkanı olmayacaq. Digər tərəfdən,  qəzetdə yayımlanan məqalə daha çox insana çata bilər və bu, kifayət qədər əhəmiyyətlidir. Sabah soyqırımının100 illiyi ilə əlaqəli erməni vəhşiliklərinin əks olunduğu məqalənin çap olunmasına çalışacağıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək