Modern.az

Azərbaycan və ABŞ hərbçiləri çiyin-çiyinə məşq keçirlər

Azərbaycan və ABŞ hərbçiləri çiyin-çiyinə məşq keçirlər

Təhsil

5 Avqust 2011, 14:31


31 iyul tarixində Azərbaycanın Əməliyyat İmkanlıarı Konsepsiyası Batalyonunun 99 əsgəri 2 ABŞ hərbi təyyarəsilə Rumıniyanın Konstanta şəhərinə gedib. Orada onlar avqustun 12-dək “Qara Dəniz Rotasiya Qüvvəsi 2011” çoxtərəfli təlim məşqlərində iştirak edirlər.
Hərbçiləri Bakı yaxınlığındakı “Nasosnaya” hərbi hava bazasından ABŞ Səfirliyinin hərbi attaşesi polkovnik Daniel Grillon və Müdafiə Nazirliyinin rəsmiləri yola salıblar. Bu barədə Modern.az-a ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

“İlk dəfədir ki, azərbaycanlı əsgərlər “Qara Dəniz Rotasiya Qüvvəsi” təlimlərində işçtirak edirlər. Burada onlar Rumıniya, Gürcüstan, Ukrayna, Bolqarıstan, Makedoniya, Bosniya və Hersoqovina, Serbiya, Albaniya, Yunanıstan, Montenegro və Xorvatiya da daxil olmaqla 12 NATO əməkdaş ölkələri ilə birgə sülhməramlı və qiyama qarşı əməliyyat təlimlərində iştirak edirlər. Təlimlərə nəzarəti Kaliforniya ştatının San Diego şəhərindən 4-cü Birləşmiş Ştatlar Dəniz Qüvvələri Korpusunun nümayəndələri həyata keçirirlər”-deyə səfirliyin məlumatında qeyd edilib.
 
Bu əməkdaşlıq ABŞ Səfirliyinin hərbi attaşesi idarəsi, ABŞ Avropa  Komandanlığı və Azərbaycanın Müdafiə Nazirliyi arasında bir ildən çox davam edən birgə planlaşdırmanın nəticəsidir. Qara Dəniz Rotasiya Qüvvəsi təlimlərində əldə edilən təcrübə Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası Batalyonunun qiyama qarşı əməliyyatlar aparmaq səriştəsini və NATO qüvvələri ilə qarşılıqlı əməlliyyat aparma qabiliyyətini gücləndirəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım