Milli Məclisin deputatı Çingiz Qənizadə Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb.
Modern.az saytının məlumatına görə, deputat görüş zamanı tələbələrə 1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı geniş məlumat verib, tarixi faktları onların diqqətinə çatdırıb. Çingiz Qənizadə eyni zamanda Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlıları qurtarmasından da söz açıb.
O, həmçinin Milli Məclisin azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş xüsusi iclasında qəbul etdiyi bəyanat haqqında tələbələrə geniş məlumat verib.
Daha sonra deputat 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərində tələbələri aktiv iştirak etməyə və seçki günü hər birini seçki məntəqələrində səsverməyə dəvət edib.
Sonda millət vəkili tələbələri maraqlandıran çoxsaylı suallara cavab verib.