Tanınmış şair Zahir Abbasın yeni şeirlər kitabı işıq üzü görüb.
"Gizli dünyam" adlı kitabda şairin son dövrlər yazdığı Vətən, sevgi, məhəbbət, təbiət və sair mövzularda şeirləri toplanıb.
Şairin yaradıcılığında sayca 9-cu olan kitabın redaktoru Firad Fuadoğlu, ön sözün müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Sədaqət Məmmədova, korrektoru Aynurə Museyiblidır.
Kitaba rəyi professor Mahirə Huseynova verib. Kitab 5000 tirajla çap olunub.