Modern.az

Azərbaycan İtaliya Gənclər Assosasiyası 5 yaşında

Azərbaycan İtaliya Gənclər Assosasiyası 5 yaşında

1 Aprel 2018, 11:49

İtaliyada fəaliyyət göstərən Azərbaycan İtaliya Gənclər Assosasiyasının 5 yaşı tamam olub. 

 

Bu barədə Modern.az saytına  təşkilatın həmsədri Emin Rüstəmov məlumat verib. Həmsədrin sözlərinə görə, İtaliyanın Roma şəhərində yerləşən Beverly Hills Roma Hotelində təşkil olunmuş ziyafətdə İtaliyada təhsil alan tələbələr, təşkilatın üzvləri, diaspora fəalları, Azərbaycanın İtaliyadakı səfirliyinin  əməkdaşları və eyni zamanda  KİV nümayəndələri iştirak ediblər.

 

Təşkilatın yaranma tarixindən bəhs edən Emin Rüstəmov, bir ay öncə başlayan “Azərbaycanlı Tələbələrin İtaliya cəmiyyətinə və siyasi dairələrinə inteqrasiyası”  layihəsindən də bəhs edib. Layihənin uğurla yekunlaşdığını bildirən həmsədr, layihə ərzində müxtəlif sahələri təmsil edən ekspertlərin və 80- a yaxın tələbənin iştirakını vurğulayıb.

 

 Layihənin bağlanış mərasimi çərçivəsində təşkilatın yaranmasının 5 iliyi də qeyd edilib. Emin Rüstəmovun sözlərinə görə, AİGA bundan  sonra da fəaliyyətinə davam edəcək, daha böyük hədəflər uğrunda mübarizə aparacaq.

 

 “Məqsədlərimiz var, biz bu məqsədlərə hər gün bir addım daha yaxınlaşırıq. Gələcəkdə daha böyük uğurlar bizi gözləyir“-, deyən  Emin Rüstəmov, təşkilatın bütün üzvlərini təşkilatın yaranmasının 5 illiyi münasibətilə təbrik edib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?