Modern.az

Boksçumuz Avropa çempionatının finalına yüksəlib 

Boksçumuz Avropa çempionatının finalına yüksəlib 

1 Aprel 2018, 11:55

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında finalçıların adına aydınlıq gəlib. Azərbaycan millisinin boksçusu Tayfur Əliyev də adını həlledici döyüşə yazdırıb.

 

Modern.az-ın məlumatına görə, 56 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısı finala gedən yolda ispaniyalı Xose Giles Brotonsu mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (29:27, 29:27, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib.

 

Əliyev bu gün baş tutacaq həlledici görüşdə rumıniyalı Robert Eusebi Jitaru ilə üz-üzə gələcək.

 

Tayfurdan fərqli, Məhəmməd Abdullayev (+91 kq) finala adlaya bilməyib. Boksçumuz yarımfinalda italiyalı Aziz Abbes Muhidinə məğlub olub - 1:4 (27:30, 30:29, 26:30, 27:30, 27:30). Nəticədə Abdullayev Avropa çempionatını bürünc medalla başa vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?