Kiyev məhkəməsi Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko barəsində həbs-qəti imkan tədbiri seçib. Modern.az UNİAN-agentliyinə istinadən bildirir ki, bu, iddiaçı tərəfin vəsatəti ilə məhkəmə bu addımı atıb.
Bundan əvvəl məhkəmə Timoşenkonun nəzarət altına alınması barədə prokurorluğun vəsatətini rədd etmişdi.
“Narıncı ledi” Rusiya ilə 2009-cu ildə imzalanmış qaz müqaviləsi zamanı səlahiyyət həddini aşmaqda ittiham olunur.
Hakim hökmü elan edən kimi “Berkut” xüsusi təyinatlı dəstənin əsgərləri dərhal zala daxil olaraq Yuliya Timoşenkonu əhatəyə alıblar. Xüsusi təyinatlılar “Yuliya Timoşenkonun Bloku”na daxil olan deputatların eks-baş nazirə yaxınlaşmasına imkan verməyiblər. Bundan sonra xüsusi təyinatlıların əhatəsində polis Timoşenkonu zaldan çıxarıb. Timoşenko polislərdən qollarına qandal vurmamağı xahiş edib.
Modern.az