Modern.az

Qidanın kimyəvi tərkibini müəyyənləşdirmək üçün maraqlı KƏŞF

Qidanın kimyəvi tərkibini müəyyənləşdirmək üçün maraqlı KƏŞF

Aktual

1 Aprel 2018, 20:50

 

ABŞ-ın Tafts Universitetində çalışan mühəndislər qrupu tərəfindən hazırlanmış dişə bərkidilə bilən yığcam simsiz sensor qidanın kimyəvi tərkibini müəyyənləşdirmək qabiliyyətinə malikdir. Trend-in məlumatına görə, qurğunun enerji ilə doldurulması və məlumatların ötürülməsi üçün ona passiv antenna quraşdırılıb.

Bildirilir ki, qidanın istehlakının izlənilməsi onun orqanizmə təsirini araşdırmağa, həmçinin bəzi xəstəliklərə diaqnoz qoymağa imkan verir.

Mühəndislər sözügedən sensorun prototiplərini laboratoriya şəraitində sınaqdan keçiriblər. Sınaqlar zamanı sensorlar distillə edilmiş su, etil spirti məhlulu daxil olmaqla, müxtəlif mayelərin içərisinə yerləşdirilib. Sensorlar, həmçinin onları öz dişlərinə bərkitmiş könüllülər üzərində uğurla sınaqdan keçirilib.

Bu cür sensorlar gələcəkdə tibb sahəsində tətbiq oluna bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış