Modern.az

“Mister Bin” avtomobil qəzasına düşdü

“Mister Bin” avtomobil qəzasına düşdü

Təhsil

5 Avqust 2011, 19:23


Məşhur Britaniya aktyoru, daha çox “Mister Bin” filminin qəhrəmanı kimi tanınan Roun  Atkinson ağır yol qəzasına düşüb. Avqustun 5-ə keçən gecə Haddon şəhəri yaxınlığında onun idarə etdiyi “Formula-1” bolidi saatda 370 km. sürətlə gedərkən nəzarətdən çıxıb və havada üç dəfə çevrilərək ağaca çırpılıb.
 
Xoşbəxtlikdən Atkinsona heç nə olmayıb. Aktyor “Maklaren” komandasının dünyada cəmi 100 ekzemplyarda mövcud olan və qiyməti 1 milyon dollardan baha olan sürət maşınlarından birinə sahibdir. Bolid sıradan çıxsa da, aktyor çox yüngül xəsarət alıb. Heç nə olmamış kimi yol kənarında  polis və “təcili yardım” gözləyib.

Onu yaxınlıqdakı hospitala aparıblar, gecəni formal prosedur olaraq xəstəxanada keçirən aktyor səhər evə buraxılıb. Hospitalın sözçüsü deyib ki, aktyorun ağır qəzadan sağ çıxması sadəcə möcüzədir.
  
Bu, Atkinsonun düşdüyü ilk qəza deyil. 2001-ci ildə avromobil həvəskarlarının Yorkşirdəki görüşü zamanı onun maşını – “Aston Martin V8 Zagato” yol kənarındakı qoruyucu baryerə çırpılıb.
Sürücülük vəsiqəsində Atkinsonun yük maşını idarə etmək icazəsi də var. O həm də avtomobillər üzrə ixtisaslaşan jurnallara məqalələr yazır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım