Modern.az

Mədəsində və düz bağırsağında narkotik vasitə daşıyan şəxslər tutulub

Mədəsində və düz bağırsağında narkotik vasitə daşıyan şəxslər tutulub

Təhsil

6 Avqust 2011, 10:44

Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, mədəsində və düz bağırsağında narkotik vasitə daşıyan şəxslər saxlanılıb.

Lənkəran şəhər sakini Sultanov Sabit Əlişan oğlu piyada yolu ilə İrandan Azərbaycana gələrkən, Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində gömrük nəzarətindən keçib. Gömrük əməkdaşları tərəfindən onun üzərində aparılmış şəxsi yoxlama zamanı tibbi müayinə nəticəsində S.Sultanovun mədəsində rəngli polietilenə bükülmüş şəkildə, yumru-uzunsov formalı, 4 ədəd bükümdə, ümumi xalis çəkisi 8.197 qram təşkil edən narkotik vasitə - heroin və 1 ədəd bükümdə, xalis çəkisi 2.809 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.

Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əliyev Tural Faiq oğlunun üzərində şəxsi yoxlama zamanı, ondan gömrük nəzarətindən gizlədərək düz bağırsağında saxladığı, polietilendə qablaşdırılmış, bir ədəd bükümdə xalis çəkisi 1.2 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Cəlalov Natiq Rəşid oğlu saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı Cəlalov Natiq Rəşid oğlunun düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş, sellofanda qablaşdırılmış, bir ədəd uzunsov bükümdə, xalis çəkisi 37.410 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım