Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək. I Turun ilk günündə 3 qarşılaşma baş tutacaq.
Premyer Liqanın I turunun açılışı Gəncədə olacaq. Yerli “Kəpəz” klubu çempionatın debütantı “Rəvan”ı qəbul edəcək.
Premyer Liqanın daha bir debütantı – “Sumqayıt Şəhər” isə səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq.
Günün digər oyununda Bakının “İnter” klubu Tovuzun “Turan” komandası qarşılaşacaq.
Sabah daha 3 görüş keçirilməli olsa da, bunlardan biri təxirə salınıb. Məlum olduğu kimi, “Qarabağ” Avroliqanın III təsnifat mərhələsində “Brügge” ilə Bakıda cavab görüşünə çıxdığından Premyer Liqanın ilk turunda qarşılaşmalı olduğu “Neftçi” ilə oyunun təxirə salınması barədə PFL-ə müraciət etmişdi. Adı çəkilən qurum da “Qarabağ”ın yorğunluğunu nəzərə alaraq bu oyunu təxirə salmağı qərara alıb. Beləliklə, sabah 3 deyil, 2 qarşılaşma baş tutacaq.
Premyer Liqada 1-ci tur
6 avqust (şənbə)
18:00. "Kəpəz" - "Rəvan"
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Yaşar Abbasov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə. Şəhər stadionu.
20:00. "Xəzər Lənkəran" - "Sumqayıt Şəhər"
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Rahil Ramazanov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran. Şəhər mərkəzi stadionu.
20:00. "İnter" - "Turan"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Azər Əsədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asif Namazov.
Bakı. "Şəfa" stadionu.
7 avqust (bazar)
"Qəbələ" - "Bakı"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Xəqani Məmmədov.
Qəbələ. Şəhər stadionu. Saat 18:00.
"Simurq" - AZAL
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Zeynal Zeynalov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zaqatala. Şəhər stadionu. Saat 20:00.
Modern.az