“Mənim Modern.az saytına müsahibəmdə yer alan bəzi fikirlər bir sıra KİV-lərdə təhrif olunaraq konteksdən çıxarılıb”.
Bu barədə Modern.az-a açıqlamsında millət vəkili Məlahət İbrahimqızı bildirib. Deputatın sözlərinə görə, o, müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini qiymətləndirərkən deyib ki, bu gün dövlətin komitəyə verdiyi dəstək, ayrıdığı vəsait, yaratdığı şərait həmin qurumun gördüyü işin nəticələrinə uyğun gəlmir.
”Mən korrupsiyadan danışmamışam, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulamışam. Amma bir sıra mətbuat orqanları mənim fikirlərimi təhrif edərək, guya, mənim Diasporla İş üzrə Dövlət Komitəsini korrupsiyada ittiham etdiyimi yazıblar. Bu tamamilə yanlış informasiyadır”.
Modern.az