Milli Məclisin sədr müavini Bahar Muradova əməliyyat olunduğu haqda bəzi mətbuat orqanlarında məlumat yayılıb.
Məlumata görə, anım deputatın səhhəti qəfildən pisləşib və dərhal paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib. Onun belindən əməliyyat olunduğu iddia edilirdi.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu iddialarla bağlı Modern.az-a açıqlama verib. O deyib ki, yayılan məlumatlar tamamilə yalandır.
“Bahar xanım özünü yaxşı hiss edir və Milli Məclisin bu gün keçiriləcək plenar iclasında iştirak edəcək”-deyə əlavə edib.