Milli Məclisin sədr müavini Bahar Muradova əməliyyat olunması barədə xəbərlərə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, B.Muradova şəxsi facebook səhifəsində yayılan məlumatların yanlış olduğunu bildirib:
"Bəzi sensasiya axtaran saytlar haqqımda 1 aprel zarafatı etmək istəyiblər. Amma nəyə görəsə çaşıb aprelin 3-də yayıblar. Bax, buna zarafat yox, "dodaqqaçdı" deyərlər".