Modern.az

Ağır ürək əməliyyatı keçirən deputat iclasa gəldi

Ağır ürək əməliyyatı keçirən deputat iclasa gəldi

3 Aprel 2018, 12:07

Ağır ürək əməliyyatı keçirən deputat Nəriman Əliyev Milli Məclisin plenar iclasına qatılıb.

 

Modern.az-ın məlumatına görə, deputat özünü yaxşı hiss etdiyini, müalicəsini ev şəraitində davam etdirdiyini bildirib.

 

Qeyd edək ki, yanvarın 10-da 70 saylı Masallı şəhər seçki dairəsinin deputatı, 50 yaşlı Nəriman Əliyev Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib, onu həmkarı Rəşad Mahmudov əməliyyat edib.

Ağır əməliyyat 9 saat çəkib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış