Somalidə 3,2 milyon insan aclıqla boğuşur, ölkədə böyük faciə yaşanmaqdadır. Aclıqdan tələf olanların çoxu uşaqlardır.
Modern.az "Reuters"ə istinaədn bildiri ki, qıtlıq üzündən Somalidəki bəzi yoxsul ailələr 9-10 yaşı qızlarını yemək qarşılığında varlılara satmağa məcbur olurlar.
Bu arada ötən gün Somalinin paytaxtı qiyamçılardan azad olub. "Əl-Qaidə" ilə əlaqəli "Əş-Şabab" ekstremist islamçı dəstələri paytaxt Moqadişodakı bütün mövqelərini tərk edib. Sudan prezidenti Şeyx Şərif Əhməd verdiyi bəyanatda, qiyamçıların gecə ilə paytaxt hüdudlarını tərk etməsini ekstremist qruplaşmanın məğlubiyyəti kimi izah edib. Qarşı tərəf isə bu addımı “taktiki dəyişiklik” kimi izah edib və təkrar hücuma hazırlaşdıqlarıbı vurğulayıb. Yerli əhali üçün çox mühüm olan bu hadisədən sonra minlərlə Somali vətəndaşı düşərgələrdən paytaxt Moqadişoya qayıdıb.
Paytaxtın əhali sıxlığı böyük olan bir neçə məntəqəsi BMT-nin bəyanatında aclığın ən geniş yayıldığı zonalar kimi göstərilir. Ölkədə uzun illər davam edən daxili münaqişə ölkəyə daxil olan humanitar yardımın aclıq və səfalətdən əziyyət çəkən insanlara çatdırılmasına maneçilik törədirdi. Daxili münaqişədə Somali Milli ordusuna Afrika Birliyinin sülhməramlı qoşunları dəstək olsa da, yalnız son günlərdə hökumət tərəfin hərbçiləri üstünlüyü ələ ala bilib. "
Əş-Şabab"ın sözçüsü isə yerli radioda çıxışında, "Əş-Şabab"ın heç bir vəchlə Cənubi Somalidəki digər mövqelərini tərk etməyəcəyini və geri çəkilməyin taktiki gediş olaraq əks-hücum xarakteri daşıdığını bildirib.
İnsanlığın ən son həddinin hökm sürdüyü ölkədən fotoşəkillər...
|
|
|
|
|
|
|
|
|
|
|
|