“Bu il Azərbaycan parlamentinin 100 illiyi keçiriləcək. Bununla bağlı isə Azərbaycan parlamentinin 100 illiyi medalı təsis olunacaq”. Modern.az-ın məlumatına görə, bunu spiker Oqtay Əsədov bildirib.
Milli Məclisin sədri bildirib ki, yaxın vaxtlarda bununla bağlı parlamentdə sənəd müzakirəyə çıxarılacaq.