Modern.az

“Bu sahə kiminsə inhisarına çevrilib” – Komitə sədrindən kreditlərlə bağlı TƏNQİD

“Bu sahə kiminsə inhisarına çevrilib” – Komitə sədrindən kreditlərlə bağlı TƏNQİD

3 Aprel 2018, 13:07

“İnsanların daha çox qaldırdığı məsələ kreditlərlə bağlıdır. Bu məsələni ciddi araşdırılmalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat bildirib ki, insanların nə üçün kredit götürdüyü araşdırılmalıdır. “Bu məsələ araşdırılsın və bir gün burada hesabat verilsin ki, nə qədər insan maşın almaq üçün götürüb? Nə qədər insan krediti fermer təsərrüfatı üçün götürüb? Bunlar araşdırılmalıdır.

 

Biri özünə maşın almaq üçün götürübsə, gedib kreditini ödəsin. Bəziləri hüzür vermək üçün kredit götürüb. Bu insanlar nəzərə alınmalıdır.

 

Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, problemlərin həlli ilə bağlı bir iş yoxdur. Qərar qəbul olundu ki, valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilsin. 9 minə yaxın insan bu sahədən evinə çörək aparırdı. Bu sahə kiminsə inhisarına çevrilib”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış