“Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilən nizamnəməyə uyğun olaraq Agentliyimizə əlavə səlahiyyətlərin verilməsi yüksək etimadın təzahürüdür”.
Bu barədə Modern.az-a BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağyev bildirib.
M.Ağayev deyib ki, bu fərmanın verdiyi səlahiyyətlərdən istifadə edərək Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, sərnişindaşıma sahəsində tənzimləməni və dövlət nəzarəti daha təkmil formada həyata keçirmək mümkün olacaq:
“Diqqət edilməli olan əsas məqamlardan biri sənişindaşıma sahəsində mövcud olan və elə sərnişinlərimizi ciddi narahat edən bir çox məsələlərin həllinə imkan verəcək tədbirlərin görülməsi üçün əlverişli mühitin yaradılmasıdır. Bilirsiz ki, bu gün sərnişindaşıma fəaliyyəti ilə məğul olan bir çox fiziki və hüquqi şəxslər istehsalat bazasına malik deyillər və ya mövcud bazalar qoyulan tələblərə cavab vermir. Bu gün bilmənizi istərdim ki, sərnişindaşımada mövcud olan problemlərin əsas qaynağı məhz istehsalat bazasının olmaması və ya tələblərə cavab verecek səviyyədə olmamasıdır”.
Qurum rəsmisi qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi bu fərmanla verilən səlahiyyətdən istifadə edərək, sözügedən sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işləri intensivləşdirəcək.