Modern.az

Hindistanın xarici işlər naziri Bakıya gəlir

Hindistanın xarici işlər naziri Bakıya gəlir

3 Aprel 2018, 14:26

Hindistanın xarici işlər naziri xanım Suşma Svarac 4 aprel tarixində Azərbaycanda rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Suşma Svaracın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü və Qoşulmama Hərəkatının Nazirlər Konfrasında iştirakı nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Hindistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış