Modern.az

“Özəl və dövlət qurumları, cəmiyyət bu prosesdə fəal iştirak etsin”

“Özəl və dövlət qurumları, cəmiyyət bu prosesdə fəal iştirak etsin”

3 Aprel 2018, 14:36

“Müəyyən illərdə peşə müəssisələrin bazası çox zəif olmuşdu. Amma son vaxtlarda cənab prezidentin bu sahəyə diqqəti çoxdur və ciddi irəliləyişlər artıq əldə olunub”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentin bugünkü plenar iclasında “Peşə təhsili haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

 

Komitə sədri bildirib ki, bu yaxınlarda Təhsil Nazirliyinin təşəbbüsü ilə müasir və beynəlxalq şəbəkəyə daxil olan peşə məktəbi istifadəyə verilib.

 

“Artıq bu peşə məktəbinə çox böyük maraq var. Bizim əsas məqsədimiz ondan ibarət olmalıdır ki, gənclərimiz onlar üçün yaradılmış bu şəraitdən səmərəli istifadə etsinlər. Nə qədər gənclərimiz savada, biliyə, bacarığa nail olsa, onlar digər lazımsız işlərdən uzaq olarlar.

 

Burada təbii ki, dövlətin də öhdəliyi böyükdür. Amma eyni zamanda cəmiyyətin də məsuliyyəti mütləq şəkildə olmalıdır. Biz istəyirik ki, özəl və dövlət qurumları, eyni zamanda cəmiyyət bu prosessdə fəal iştirak etsin. Çünki “Peşə təhsili haqqında”qanun buna imkan verəcək. Mən bir daha qanun layihəsinin üzərində əməyi olan hər bir kəsə təşəkkürümü bildirirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış