Modern.az

Azərbaycanda prezident seçkilərini Qazaxıstandan 49 nəfər müşahidə edəcək

Azərbaycanda prezident seçkilərini Qazaxıstandan 49 nəfər müşahidə edəcək

3 Aprel 2018, 15:06

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçiriləcək prezident seçkilərinə 49 müşahidəçi göndərəcək.

Trend-in məlumatına görə, bu barədə qərar Qazaxıstan MSK-nın iclasında qəbul edilib.

Qeyd olunur ki, müşahidəçilər Qazaxıstanın mərkəzi icra orqanlarından, eləcə də regionların nümayəndələrindən ibarət olacaq.

Müşahidəçilər arasında Azərbaycan MSK tərəfindən dəvət olunmuş iki nəfər də yer alır.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış