Modern.az

Bakıda sanatoriya yanıb - 55 nəfər təxliyə edilib

Bakıda sanatoriya yanıb - 55 nəfər təxliyə edilib

3 Aprel 2018, 15:34

Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasında yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb.

Yanğın zamanı  yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 
Yanğında tüstüdən zəhərlənən 5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış