Avqustun 4-də xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti Səyavuş Aslanın vəziyyəti yaxşılaşıb. Bu barədə Modern.az-a aktyorun oğlu Eldar Aslan məlumat verib.
”Siyavuş müəllim xəsətaxanadan sizlərə böyük sevgi və salamlarını göndərir”-deyə Eldar Aslan bildirib. Onun sözlərinə görə, artıq xalq artistinin nitqində problem qalmayıb, əhvalı düzəlib, şəkəri və təzyiqi aşağı düşüb. Aktyorun tezliklə reanimasiyadan palataya köçürüləcəyi gözlənilir.
Siyavuş Aslan bir neçə gün öncə insult diaqnozu ilə Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
S.Aslan ötən il dekabrın 11-də də beyin qan dövranın kəskin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O zaman bir neçə həftə müalicədən sonra həkimlər onu evə yazmışdılar.
Modern.az