Modern.az

Xızıda bir sürü qoyunu oğurlayan şəxs saxlanıldı

Xızıda bir sürü qoyunu oğurlayan şəxs saxlanıldı

3 Aprel 2018, 16:16

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Xızı rayon sakini Elnur Hüseynov RPŞ-yə ərizə verərək, ona məxsus 42 baş qoyununun oğurlandığını bildirib.


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov Polis əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı İ.Rüstəmov törətdiyi cinayəti etiraf edib, çoban işləyən zaman Elnur Hüseynova məxsuz 42 baş qoyununun mənimsəyərək satdığını bildirib.


Faktla bağlı Xızı Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış