Modern.az

Öz vətənini söymək tərbiyəsizlikdir!

Öz vətənini söymək tərbiyəsizlikdir!

3 Aprel 2018, 16:32

Elçin Quliyev,
Milli Məclisin deputatı

Son dövrdə üzvü olduğum Yeni Azərbaycan Partiyasının rəhbərliyinin, müxtəlif məmurların, habelə ölkə Prezidentinin ünvanına nalayiq söyüşlərin söyülməsinin şahidi oluruq. Əvvəla onu qeyd etmək istəyirəm ki, heçbir tərbiyəli insan söyüşlə fikrini ifadə etməz.  Digər təfərdən söyüşü öz vətənində söyməyə cəsarəti çatmayanlar qaçıb. Avropanın qucağında oturub, öz tərbiyəsizliklərini nümayiş etdirmək heç də həmən insanların öz beyninin məhsulu deyil. Bu aydın bir həqiqətdir ki, həmən insanlar Azərbaycana düşmən mövqe tutan və ölkəmiz əleyhinə qeyri obyektiv, əsassız qərarlar qəbul edilməsinə nail olan, qcaq sahiblərinin əlində oyuncağa çevrilmişlər. Bu şəxslər bilməlidirlər ki, ölkəmizdəm Prezident seçkiləri ərəfəsində Azərbaycana düşmən qüvvələr onlardan “gərəkli vasitə” kimi istifadə edirlər. Amma seçkilərdən sonra isə onlar “yararsız vasitə”yə çeviriləcəklər. Onu da anlamalıdırlar ki, tarix boyu öz vətənini, öz xalqını söyən şəxlərə münasibət müsbət olmayıb. Belə insanlar mənsub olduqları xalqın da nifrətini qazanaraq vətənsiz insanlara çevriliblər.

 

Avropanın müxtəlif ölkələrindən Azərbaycanı söyən soydaşlarımızın bu hərəkətləri siyasi mübarizə üsulu deyil. Əgər onlar siyasi mübarizə aparmaq istəsəydilər bu seçkilərdə öz namizədliklərini irəli sürüb cəsarətlə siyasi mübarizə apara bilərdilər. Heç bir sosial-ictimai dayaqları olmayan bu insanlar çıxış yolunu Avropanın qucağında oturub  düşmənlərimizin “kukla qəhrəmanları”na çevirilməkdə görüblər. Onların bu hərəkətləri Azərbaycan xalqının siyasi iradəsinə də hörmətsizlikdir. Çünki Azərbaycan xalqı öz taleyini Cənab İlham Əliyevə etibar etməklə dəfələrlə öz seçimində yanılmadığını sübuta yetirib.  Aprelin 11-də xalqımız yenədə sərbəst şəkildə seçimini edəcəkdir.

 

Mən fürsətdən istifadə edərək aprelin 11-də hər bir Azərbaycan vətəndaşını cənab İlham Əliyevə səs verməyə dəvət edirəm. Çünki xalqımızın taleyinin etibar ediləcəyi ən layiqli namizəd məhz cənab İlham Əliyevdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış