Hollandiyanın MX3D şirkəti Amsterdamda Audezeyds Axterburqval kanalının üzərində piydalar üçün nəzərdə tutulmuş polad körpünün çapını başa çatdırıb. Modern.az xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Piyadalar üçün nəzərdə tutulmuş körpünün 3D çap texnologiyası ilə həyata keçirilib. Körpü tam kontruksiya olub bir bütöv paslanmaz poladdan ibarətdir. Şirkət bu körpünün çapını 4 xüsusi robot vasitəsilə 6 aya yaxın bir müddətdə həyata keçirib.
3D çap texnologiyası ilə bu cür məhsulların hazırlanması həm konstruksiyanın bütövlüyü baxımından onun möhkəmliyini təmin edir, həm də materiala qənaət etməyə imkan verir.
Uzunluğu 12.5 m, eni isə 6.3 m olan bu konstruksiyasının çəkisi 4.5 tondur.
Modern.az sizə həmin görüntüləri təqdim edir.