Modern.az

Milli Ordunun əsgəri günvurmadan ölüb

Milli Ordunun əsgəri günvurmadan ölüb

8 Avqust 2011, 11:22

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri vəfat edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 2011-ci ildə Babək Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Saməddin Mətləb oğlu Quliyev naməlum şəraitdə dünyasını dəyişib. Onun günvurmadan öldüyü bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev əsgərin ölüm faktını təsdiqləyib. O, qeyd edib ki, hazırda əsgərin ölümünün səbəbləri araşdırılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj