Modern.az

XİN-dən mətbuata MÜRACİƏT

XİN-dən mətbuata MÜRACİƏT

Aktual

4 Aprel 2018, 16:41

Qoşulmama Hərəkatının 5-6 aprel tarixlərində Bakıda keçiriləcək toplantısında iştirak etmək üçün qeydiyyatdan keçmiş media nümayəndələrinin 5 aprel tarixində saat 8.00-da Bakı Konqres Mərkəzinə gəlmələri xahiş olunur.

Bu haqda Modern.az-a Xarici İşlər Nazirliyindən bildirilib. 

Media nümayəndələrinin Bakı Konqres Mərkəzinə girişi “B” giriş qapısından həyata keçiriləcək. 

Media nümayəndələrindən şəxsiyyəti təsdiq edən sənəd və tədbirdə iştiraka icazə verən qeydiyyat sənədini (bədclər) özləri ilə götürmələri xahiş olunur.

Qeyd: Yalnız qeydiyyatdan keçmiş media nümayəndələri əraziyə keçə bilərlər! 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək