Modern.az

ARDNŞ-də şöbə rəhbərlərinin yarıtmaz fəaliyyəti müzakirə olunub

ARDNŞ-də şöbə rəhbərlərinin yarıtmaz fəaliyyəti müzakirə olunub

Təhsil

8 Avqust 2011, 13:25

ARDNŞ-nin “Azneft” İB-nin idarə və müəssisələrinin obyektlərində istehsalat proseslərinin avtomatlaşdırılması (İPA) və metrologiya sahəsində yerinə yetirilən işlər, istismar sənədləri, texniki xidmət və təmir plan qrafiklərinin tərtibatının və icrasının vəziyyəti, kənar təşkilatların fəaliyyətinin qiymətləndirilməsi və idarələrarası qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin persrektiv inkişaf istiqamətlərinə həsr olunan müşavirə keçirilib. Modern.az-ın məlumatına görə, N.Nərimanov adına Neftqazçıxarma İdarəsinin akt zalında keçirilən müşavirədə İPA və metrologiya sahəsində 2011-ci ilin 7 ayı ərzində yerinə yetirilən işlərin hesabatı dinlənilib və persrektiv inkişaf istiqamətləri müzakirə olunub.

Müşavirədə “Azneft” İB-nin və NQÇİ-nin rəhbərliyi, Birliyin İdarəetmə Aparatının “İstehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya” şöbəsinin əməkdaşları, sex rəisləri və baş metroloqlar iştirak ediblər.

N.Nərimanov adına NQÇİ-nin rəisi X. Şəfiyev idarənin texniki iqtisadi göstəriciləri haqqında müşavirə iştirakçılarına məlumat verib. Çıxış edənlər N.Nərimanov adına NQÇİ- də nəzarət-ölçü cihazları, istehsalat proseslərinin avtomatlaşdırılması, metrologiya və informasiya texnologiyaları sahəsində cari ilin 7 ayı ərzində görülən işlər haqqında  danışıblar. Ötən illərlə müqayisədə 2011-ci ildə Birliyin idarə və müəssisələrinin istehsalat obyektlərində müasir standart və tələblərə cavab verən informasiya texnologiyaları, nəzarət ölçü cihazları, avtomatika vasitələri, metroloji avadanlıq bazasında texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə və nəzarət, mühafizə və təhlükəsizlik sistemlərinin tətbiqi və planlaşdırılması işlərinin artımı müsbət hal kimi qiymətləndirilib.

Müzakirələrdə ARDNŞ-nin və İB-nin istehsalat, tikinti, təhlükəsizlik və nizam-intizamla bağlı müşavirələrinin protokol, əmr, qərar, göstərişlərindən irəli gələn tapşırıqların icrasında öz işini günün tələbləri səviyyəsində qura bilməyən, planlaşdırılmış işlərin icrasında və tapşırıqların yerinə yetirilməsində geri qalan, ARDNŞ-in strukturuna daxil olan və kənar təşkilatların fəaliyyətlərinə lazımi səviyyədə nəzarəti həyata keçirə bilməyən, şöbə, sex və sahə rəhbərlərinin və baş metroloqların fəaliyyəti müzakirə olunub.

 İclasda həmçinin 2012-ci ilə İPA və metrologiya sahəsində planlaşdırılan işlər, təmir istismar ehtiyacları, proqnoz, tələbat, kadr və digər istehsalat məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım