Modern.az

“ASAN xidmət”ə 5 milyon manat ayrıldı

“ASAN xidmət”ə 5 milyon manat ayrıldı

Aktual

4 Aprel 2018, 18:35

Prezident İlham Əliyev Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

 

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə yaradılmış “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində ölkə əhalisinin böyük rəğbətini qazanmışdır. Vətəndaşların dövlət xidmətlərindən operativ istifadə etməsini təmin etmək məqsədilə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı və Quba regional “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması nəticəsində 1500 yeni iş yeri yaradılmışdır.

 

Sərəncamda qeyd edilir ki, Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək