Noyabrın 14-də Avropa Şurası nümayəndələrinin iştirakı ilə Bakıda “Azərbaycanda insan haqları bu gün” mövzusunda beynəlxalq konfrans keçiriləcək. “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev bu gün keçirdiyi brifinqdə toplantı barədə məlumat verib. Bakıda keçiriləcək konfransın gündəliyi avqusutun sonunda hazırlanıb Avropa Şurasına göndəriləcək. AŞPA Monitorinq Komitəsinin sentyabr ayında Strasburqda keçiriləcək iclasında konfransın gündəliyi təsdiq ediləcək.
“Konfransa QHT-lər, insan haqları müdafiəçiləri, siyasətçilər dəvət ediləcək”-deyən E.Fətullayevin sözlərinə görə, əsas çıxışçı Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzçəcisi Ştrasser olacaq.
E. Fətullayev bildirib ki, hakim Yeni Azərbaycan Partiyası və iqtidara beynəlxalq konfransda iştirakla bağlı rəsmi dəvət göndəriləcək.
Mail Ağaxanov