Modern.az

Əflatun Amaşov jurnalistlə “Azadlıq” radiosu arasındakı məhkəmə çəkişməsindən danışdı

Əflatun Amaşov jurnalistlə “Azadlıq” radiosu arasındakı məhkəmə çəkişməsindən danışdı

8 Avqust 2011, 15:05

Bir müddət öncə Azadlıq/Azad Avropa Radiosuna qarşı bu media quruluşunun keçmiş müxbiri  Aygün Muradxanılının məhkəmə iddiası qaldırdığını bildirmişdik. Jurnalist “Azadlıq” radiosunu əmək hüquqlarını pozmaqda günahlandıraraq 150 min ABŞ dolları məbləğində təzminat tələb edir.

Modern.az saytının əməkdaşı media orqanı ilə jurnalist arasındakı problemə Mətbuat Şurasından münasibət öyrənməyə çalışıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov məzuniyyətdən təzə qayıtdığı üçün situasiyadan xəbərdar olmadığını deyib. “Məzuniyyətdə olduğum üçün situasiya ilə bağlı məlumatlı deyiləm. Mətbuat Şurasına da bununla bağlı müraciətin daxil olub-olmadığından xəbərim yoxdur. Maraqlanaram görüm nə məsələdir” - deyə Ə.Amaşov əlavə edib.

“Azadlıq” radiosunun Azərbaycan xidmətinin keçmiş müxbiri Aygün Muradxanlı əmək hüquqlarını pozulduğunu və xəbərdarlıq olmadan işdən çıxarıldığını əsas gətirərək Yasamal Rayon Məhkəməsində radioaya qarşı iddi qaldırıb. İddiaya hakim Anar Məmmədovun sədrlik edəcəyi prosesdə baxılacaq. Məhkəmə günü hələlik təyin olunmayıb.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal