Modern.az

İslam Oyunlarının gümüş mükafatçısı bıçaqlandı - Ad günündə

İslam Oyunlarının gümüş mükafatçısı bıçaqlandı - Ad günündə

5 Aprel 2018, 11:50

Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarının boks yarışlarında 69 kq çəkidə gümüş medal qazanan Tamerlan Abdullayev bıçaqlanıb.

Bu barədə “Qafqazinfo”ya idmançının özü məlumat verib.

O, hadisənin dünən ad gününü keçirərkən restoranların birində baş verdiyini, amma vəziyyətin elə də pis olmadığını deyib. Abdullayev bildirib ki, hazırda xəstəxanadadır:

“Ad günümü keçirərkən restoranda bıçaqlanmışam. Amma xəsarət elə də ciddi deyil. Özümü yaxşı hiss edirəm və hər şey qaydasındadır. Düzdür, hazırda xəstəxanadayam. Amma ciddi problem yoxdur”.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək