Ermənistan vətəndaşlarının əksəriyyəti Serj Sarkisyanı baş nazir postunda görmək istəmir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Galloup İnternational Association”nun keçirdiyi rəy sorğularına görə, respondetlərin yalnız 24,8%-i Serj Sarkisyanın baş nazir olmasını istəyir.
Onların 27,2%-i hazrki baş nazir Karen Karapetyanın postunda qalmasını arzulayır. Eyni zamanda, rəyi soruşulanların 26,5%-i “Çiçəklənən Ermənuistan” partiyasının sədri Qaqik Tsarukyanı, 15,3%-i “Çıxış” fraksiyasının lideri Nikol Paşinyanı və 8,6% isə müdafiə naziri Viqen Sarkisyanı baş nazir görmək istəyir.
Xatırladaq ki, son Konstitusiya dəyişikliyinə əsasən, Ermənistan parlament respublikasına çevriləcək və əsas icraedici funksiyalar prezidentdən baş nazirə keçəcək.
Sorğu martın 20-30-u aralığında keçirilib və 1120 nəfəri əhatə edib.