Modern.az

Hüquq-mühafizə orqanları iki ölüm işinə dair birgə məlumat yaydı

Hüquq-mühafizə orqanları iki ölüm işinə dair birgə məlumat yaydı

Təhsil

8 Avqust 2011, 16:52

Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən son vaxtlar baş vermiş ağır və xüsusilə ağır, eləcə də geniş ictimai rezonans doğurmuş cinayətlərin açılması və təqsirkar şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilib. Bu barədə  Daxili İşlər Nazirliyi  və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumata görə, cari il avqustun 2-də Quba rayonunun Xucbala kənd sakini Rəşid Xudaverdiyev Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, onunla birgə yaşayan oğlu Cümşüd iyulun 30-da özünə məxsus "Hyundai-Santafe" markalı avtomaşınla evdən çıxıb və geri qayıtmayıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Cümşüd Xudaverdiyevin bıçaqla qətlə yetirilmiş meyiti həmin gün Nabran kəndindən Tel kəndinə gedən yolun kənarından tapılıb.       

Faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində cinayəti tamah məqsədi ilə törətmiş Qəbələ rayon sakini Sərxan Fərzəliyev tutularaq istintaqa cəlb edilib.

Daha bir ağır cinayət hadisəsi Xızı rayonunda qeydə alınıb. Avqustun 5-də rayonun Yarımca kəndi ərazisindəki otlaq sahəsində, Altıağac qəsəbəsinin sakini Hikmət Əliyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyiti aşkar olunub.

"İsti izlər"lə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qətli törətmiş Hikmət Əliyev tutulub və ondan cinayətin aləti olan 1 ədəd ov tufəngi götürülüb.
Hər iki fakt üzrə zəruri istintaq hərəkətləri  və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR