Şəmkirdə məktəbin həyətində ölüm hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndində olub.
Kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da, onun dünyasını dəyişdiyi məlum olub. Ölümün səbəbi hələ ki, məlum deyil.