Modern.az

6 rayonda modul tipli məktəblərin quraşdırılmasına vəsait ayrıldı - SİYAHI

6 rayonda modul tipli məktəblərin quraşdırılmasına vəsait ayrıldı - SİYAHI

5 Aprel 2018, 18:23

Prezident İlham Əliyev Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 (dörd milyon dörd yüz altmış bir min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək