Modern.az

Braziliya Kommunikasiya Şirkəti AZƏRTAC ilə əməkdaşlığa can atır 

Braziliya Kommunikasiya Şirkəti AZƏRTAC ilə əməkdaşlığa can atır 

5 Aprel 2018, 20:20

Braziliya Kommunikasiya Şirkəti (EBC)  AZƏRTAC  ilə əməkdaşlıq müqaviləsi imzalamaq istəyir. Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun EBC-nin baş direktoru Kristian Samarko ilə görüşündə bu barədə müzakirələr aparılıb.

Agentliyin icraçı direktoru Alberto Kuranın da iştirak etdiyi görüşdə bildirilib ki, əməkdaşlıq müqaviləsi özündə xəbər, foto və video mübadiləsini ehtiva edir.

Elxan Poluxov müqavilənin perspektivlərinə ümidlə baxdığını qeyd edib. Bildirib ki, bu müqavilə iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək, Braziliya cəmiyyətinə Azərbaycan barədə geniş informasiya çatdırmaqla yanaşı, Azərbaycanda da Braziliya haqqında ilkin mənbədən dolğun məlumat əldə edilməsi imkanı yaradacaq.

Azərbaycanlı diplomat diqqətə çatdırıb ki, cari il hər iki tərəf üçün maraqlı hadisələrlə zəngindir. Azərbaycan Respublikasının müstəqilliyinin 100 illiyi, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və digər hadisələr bu qəbildəndir.

Görüş haqqında EBC-nin internet səhifəsində dərc olunan informasiyada Azərbaycanın coğrafi mövqeyi, iqtisadiyyatı, həmçinin ölkəmizdəki tolerantlıq mühiti barədə məlumatlar da verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək