Modern.az

Pənah Hüseyn: “Ayaz Mütəllibova dəfndə iştirak etmyə şərait yaradılmalıdır”

Pənah Hüseyn: “Ayaz Mütəllibova dəfndə iştirak etmyə şərait yaradılmalıdır”

Təhsil

8 Avqust 2011, 17:38

“Eks-prezident Ayaz Mütəllibova oğlunun dəfnində iştirak etməsi üçün şərait yaradılmalıdır”. Bu sözləri Modern.az-a açıqlamasında 1992-ci ildə eks-prezidenti hakimiyyətdən uzaqlaşdıran  AXC-nin rəhbərlərindən olmuş, eks-baş nazir Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, bu addım hər şeydən əvvəl insanlıq nümunəsi olardı.

“Ayaz Mütəllibov üzərində  həm siyasi, həm də hüquqi baxımdan məhkəmənin keçirilməsi üçün situasiya yoxdur. Amnistiya və ya əfv fərmanı ilə onun təqibi dayandırılmalı, barəsində olan cinayət işi bağlanmalıdır”-deyə P. Hüseyn qeyd edib ki, o hakimiyyət tərəfindən bir addım atılacağını guman edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR