Müasir kompüterlərin əksəriyyəti sensor ekranlarala təhciz olunub.
Bu ekranların bazarda kifayət qədər qiymətləri olduğundan həm həmin kompüterlər çox müştərilərin ciblərinə uyğun olmur, həm qə onların servis xidməti də kifayət qədər vəsaiti gözdən keçirməyi tələb edir. Sensor ekranların istifadəçilər arasında ciddi marağa səbəb olması görüləcək işi asanlaşdırması ilə əlaqədardır. Belə ki hər hansı bir obyekti qeyd etmək və ya kursoru müəyyən bir yerə qoymaq üçün siz kompüterin fiziki siçanını idarə edərək həmin nəticəni əldə edə bilərsiniz.
Bunun üçün siz əsas işi gördüyünüz klaviaturadan uzaqlaşmalı olursunuz. Bu isə həm yradıcılığa həm də operativliyə xələlxgtrir. Sensora gəldikdə isə işlərasanlaşır. Siz bir universal alətdən istifadə edirsiniz. Bir ekran həm klaviatur həm də siçan rolunu oynayır.
Bu gözəl texnologiyaya hər kəsin sahib olması üçün Massaçusets İnstitunundan bir qrup mühəndis və proqramçı adi kompüter ekranının sensora çevirməyin sadə və ucuz üsulunu tapıblar. Bu, kompüterin kamerasından istifadə edərək kiçik bir proqram təminatının köməkliyi ilə onu sensora çevirməyə imkan verir. Noutbuklarda bu daha sadədir. Və bütün bunlar əl altında olan materialların sayəsində mümkündür. Bunun üçün köməyinizə adi bir qapı menteşesi (petləsi), güzgü və bir az da kley lazım olacaq. Güzgü noutbukun kamerasının önündə müəyyən bir dərəcədə yerləşdirilir. Kamera həmin güzgünün sayəsində ekranı və ona toxunuşu görə bilir.
Beləliklə kiçik bir proqram təminatının sayəsində bu görüntü koordinə edilir və kompüter siçanının əmrlərinə çevrilir. Kamera ekranda barmağın əslini və ekrandakı əksini görür. Bunun sayəsində rənglərin birləşdiyini analiz edir və bunu əmrlərə çevirir. Bir sözlə bunun üçün bu proqram təminatına sahib olmanız kifayət edəcək.
Əvəz ZEYNALOV