Modern.az

Eks-prezident Təzəpirdə oğlunun dəfnində iştirak edir (FOTO)

Eks-prezident Təzəpirdə oğlunun dəfnində iştirak edir (FOTO)

Təhsil

9 Avqust 2011, 11:58


Eks-prezident Ayaz Mütəllibov Təzəpir məscidinə gəlib. Modern.az bildirir ki, onu ASDP həmsədri Araz Əlizadə və kiçik oğlu müşayət edir.

Xatırladaq ki, bir qədər əvvəl mərhum Azad Mütəllibovun cənazəsi Təzəpir məscidinə gətirilib.

Moskvada yaşayan eks-prezident dünən axşam oğlu ilə vidalaşmaq üçün üçün Bakıya gəlib.

Hazırda Təzəpir məscidinin həyətinə 200-ə qədər eks-prezidentin tərəfdarları və qohumları yığışıb. Bir sıra siyasi partiya rəhbərləri, hüquq müdafiəçiləri və difər şəxslər də hazırda məsciddə toplaşıblar. Ətrafda polislər yoxdur. Ərazidə mülki geyimli adamlar nəzarət həyata keçirirlər.

ASDP həmsədri Araz Əlizadə jurnalistlərə bildirib ki, Azərbaycan əPrezidenti İlham Əliyev tərəfindən  Ayaz Mütəllibova toxunulmazlıq hüququ verilib.  A.Əlizadə dəfndə iştirak üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə, A.Mütəllibovun oğlunun müalicəsində köməklik etdiyinə görə Heydər Əliyev Fonduna təşəkkür edib.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR