Modern.az

Qırğızıstan Özbəkistana nota verib

Qırğızıstan Özbəkistana nota verib

Aktual

7 Aprel 2018, 16:51

Qırğızıstan Özbəkistanla sərhəddə baş vermiş hadisə ilə əlaqədar özbək səfirə nota təqdim edib. Modern.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Qırğızıstan vətəndaşının Özbəkistanla sərhəddə  güllələnməsi ilə əlaqədar Özbəkistan səfiri Qırğızıstanın Xarici İşlər Nazirliyinə çağrılaraq, hadisə barəsində məlumatlandırılıb və ona nota təqdim olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Qırğızıstan sərhədçiləri Özbəkistanla sərhəddə öz vətəndaşlarının digər tərəfin sərhədçiləri tərəfində odlu silahla vurulduğunu bildirib. Vurulan şəxsin həmin an Qırğızıstan ərazisində olduğu bildirilir. Həmin şəxs xəstəxanada vəfa edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi