Modern.az

Zahid Oruc Bərdədə seçicilərə Seçki Məcəlləsindən danışdı  

Zahid Oruc Bərdədə seçicilərə Seçki Məcəlləsindən danışdı   

7 Aprel 2018, 18:09

"Azərbaycanın hazırkı Seçki Məcəlləsi Avropa Şurası, ATƏT və onların tərkibində olan institutların iştirakı ilə hazırlanıb. Müasir demokratik seçki prinsiplərinin əksər tələbini məcəlləyə daxil etmişik”.

Modern.az xəbər verir ki, bu sözləri prezidentliyə namizəd, Milli Məclisin deputatı Zahid Oruc Bərədə seçicilərlə görüşdə deyib. O bildirib ki, Azərbaycan bu məcəllə ilə neçə ildir ki, seçki keçirir, dünyanın demokratik seçki institutları da bu seçkiləri müşahidə edir.

“Bəzi nöqsanlar istisna olmaqla, bütövlükdə hazırkı məcəllə ilə və bu komissiyalarla demokratik seçkilərin keçirilməsi artıq ehtimal deyil, reallıqdır. Düşünmürəm ki, Seçki Məcəlləsinə hər hansı dəyişiklik edəcəyik, yaxud seçki komissiyalarının tərkibində hər hansı dəyişiklik olacaq. Seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşdırılır, komissiyalarda iqtidar partiyasının, parlamentdə azlıqda qalan partiyaların nümayəndələri, eləcə də siyasətlə məşğul olmayan bitərəflərin nümayəndələri təmsil olunur. Hesab edirik ki, bunlar Azərbaycanın mövcud şəraitində yaradıla biləcək ən münasib, ən optimal seçki komissiyalarıdır. Biz bu komissiyalarla, bu məcəllə ilə növbəti seçkini keçirəcəyik”, - Zahid Oruc qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək