Modern.az

Ağdaş və Bərdədə 9 modul məktəb quraşdırılacaq - SƏRƏNCAM

Ağdaş və Bərdədə 9 modul məktəb quraşdırılacaq - SƏRƏNCAM

7 Aprel 2018, 18:19

Prezident İlham Əliyev aprelin 7-də “Ağdaş və Bərdə rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Ağdaş və Bərdə rayonlarında cəmi 412 şagird yerlik modul tipli 9 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon 595 min manatı Təhsil Nazirliyinə ayrılıb.

Sərəncama əsasən Ağdaşın Xınaxlı, Malay, Əmirmahmud, Binələr və Bulaqotağı, Bərdənin İmamqulubəyli, Böyük Qəcər, Nəcəfqulubəyli və Təhlə kəndlərində modul məktəblər quraşdırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək