Modern.az

Avropada bu ilin ən erkən çempionluğu reallaşdı

Avropada bu ilin ən erkən çempionluğu reallaşdı

7 Aprel 2018, 23:34

Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilib. “Bavariya” klubu liqanın başa çatmasına 5 tur qalmış 29-cu çempionluğunu rəsmiləşdirib.

Modern.az  xəbər verir ki, “Bavariya” səfərdə “Aysburq”u böyük hesabla məğlub edib - 1:4. “Münxen”in heyətində Tolisso, Robben, Vaqner, Xames Rodriqez fərqləniblər.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Borussiya M” – “Herta” - 2:1.

“Köln” z “Maynz” - 1:1.

“Frayburg” – “Volfsburq” - 0:2.

“Hannover” – “Verder” - 2:1.

Qeyd edək ki, tura aprelin 8-də və 9-da “Borussiya Dortmund”-“Ştuttqard”, “Ayntraxt”-“Xoffenxaym”, “Hamburq”-“Şalke”, “Leypziq”-“Bayer Liverkuzen” oyunlarından sonra yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək