Modern.az

33 yaşlı qadın intihara cəhd etdi - GÖYÇAYDA

33 yaşlı qadın intihara cəhd etdi - GÖYÇAYDA

Aktual

8 Aprel 2018, 10:09

Göyçayda 33 yaşlı qadın özünü asıb.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb.

 

 

Kənd sakini 1985-ci il təvəllüdlü Mahirova Raziyyə Əvəz qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Ailə üzvləri hadisədən tez xəbər tutub, koma vəziyyətinə düşən R. Mahirovanı təcili Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar.  R. Mahirovanın vəziyyəti ağırdır.

 

R. Mahirova ailəli olub, həyat yoldaşından ayrılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aydın deyil.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək